Azərbaycan çempionatında üçhakimiyyətlilik hökm sürür
Azərbaycan paytaxtında kişi şahmatçılar arasında ölkə birinciliyinin altıncı turunun görüşləri keçirilib.

Altı turdan sonra çempionatda hər biri 4,5 xal toplayan qrossmeysterlər Nicat Abbasov, Vüqar Rəsulov və beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov liderlik edirlər. FIDE ustaları Əhməd Əhmədzadə və Məhəmməd Muradlı onlardan yarım xal, altı şahmatçı bir xal geri qalırlar.

Turnirdə 25 şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq adlarının sahibləri olan 17 nəfər iştirak edir.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 689 dəfə oxundu.