Azərbaycan atıcıları Avropa çempionatının bürünc medalına sahib olublar
Sloveniyanın Maribor şəhərində pnevmatik tapançadan atəşaçma üzrə Avropa çempionatı keçirilib.

Qarışıq cütlüklərin yarışında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında Azərbaycan idmançıları mükafatçılar sırasında yer alıblar.

Nigar Nəsirova və Ruslan Lunev cütlüyü qitə birinciliyinin bürünc medalına sahib olublar.

Xəbər 1255 dəfə oxundu.