Azərbaycanlı ağır atlet İranda keçirilən Beynəlxalq turnirdə daha bir medal qazanıb
İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə ikinci beynəlxalq Fəcr Kubokunda Azərbaycanın ağır atletika yığmasının üzvlərindən Sənan Mirzəyev (85 kq) uğurla çıxış edərək üçüncü yeri tutub.

Atletimiz birdən qaldırmada 141 kiloqram, təkanla qaldırmada isə 167 kiloqram nəticə göstərərək yekun sıralamada turnirin bürünc medalına sahib olub.
Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz üç bürünc medal qazanıblar. Bununla yanaşı, onlar ayrı-ayrı hərəkətlərdə daha 5 (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görülüblər.

Xəbər 1333 dəfə oxundu.