“Qızlar Futbol Festivalı”na start verilib
Azərbaycanda ilk dəfə “Qızlar Futbol Festivalı”na start verilib. İdman.com.az saytının məlumatına görə, AFFA bütün arzulayanları dəvət etdiyi tədbir “Dalğa arena”da keçirilir.

“Öz Məqsədini Yaşat” layihəsi altında keçirilən festivalın qonaqları arasında qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Steffi Cons, FİFA-nın qadın futbolunun inkişafı üzrə mütəxəssisi Mayrillan Törner Ker Kruz Blanko, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib, Yerli Təşkilat Komitəsinin rəhbəri Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da yer alıblar.

U-17 qadınlar milli yığmasının üzvləri, dünya çempionatının talismanının qatıldığı tədbir kəskin hava şəraitinə baxmayaraq start götürüb. Tədbir öncəsi qonaqların iştirakı ilə mətbuat konfransı keçirilib və pnlar festival haqda xoş sozlərini ifadə ediblər.

Xəbər 1151 dəfə oxundu.