Ağır atletlərimiz “Fəcr kuboku” turnirində daha bir bürünc medala sahib olublar
İranın Əhvaz şəhərində ağır atletika üzrə ikinci beynəlxalq “Fəcr kubok”u davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, turnirdə yığma komandamızın üzvlərindən daha biri bürünc medal qazanıb.

Allahyar Abışov 62 kiloqram çəki dərəcəsində birdən qaldırmada 120 kiloqramı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldırıb. Toplam 262 kiloqram (120+142) nəticə göstərən A.Abışov turnirin bürünc medalına sahib olub.

Xəbər 530 dəfə oxundu.