“Barselona” və “Real Madrid” Mayamidə üz-üzə gələcəklər
“Barselona” və “Real Madrid” futbol komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Komandalar yayda keçiriləcək “İnternational Champions Cup” turnirində qarşılaşacaqlar. Matç iyulun 29-da Mayamidəki “Hard Rok Stadium”da keçiriləcək.

Qeyd edək ki, “Barselona” və “Real Madrid” 1982-ci ildən sonra ilk dəfə İspaniya xaricində görüşəcəklər.

Xəbər 795 dəfə oxundu.