Bədən Tərbiyəsi və İdman Akademiyası üç yeni magistr ixtisasına qəbul elan edib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magistr ixtisası - idman tibbi və reabilitasiya, idman menecmenti və idman jurnalistikası üzrə qəbul elan edir.

Tədrisi ingilis dilində olan bu ixtisaslara qəbul olmaq istəyən tələbələr Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.

Hazırda bakalavr pilləsində təhsil alan tələbələr qəbul imtahanının ikinci mərhələsi əvəzinə Akademiyanın müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etməlidirlər.

İdman tibbi və reabilitasiya, idman menecmenti və idman jurnalistikası üzrə magistr ixtisaslarına ərizələrin qəbulu martın 10-dan 17-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) internet vasitəsilə aparılır.

Xəbər 790 dəfə oxundu.