Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər
Zlatan İbrahimoviç mövsümün sonu “Mançester Yunayted”dən ayrıla bilər.

ABŞ-ın “La Qalaksi” futbol klubu isveçli hücumçunu transfer etmək istəyir. MLS liqasında mübarizə aparan komanda Z.İbrahimoviçə rekord məbləğdə müqavilə təklif edib.

Otuz beş yaşlı futbolçunun ABŞ-da oynamağı qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, Z.İbrahimoviçin “Mançester Yunayted” ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Xəbər 724 dəfə oxundu.