Tuyqun Nadirov: «Bəzi namizədlər İcraiyyə Komitəsinə layiq deyildi»
«AFFA-nın İcraiyyə Komitəsinə bəzi insanların yenidən üzv seçilməsinin əleyhinəyəm. Açıq seçki idisə, klub olaraq, açıq da fikrimizi bildirik». Bunu idman.com.az saytına açıqlamasıqda, dünən futbol asssosiasiyasında keçirilmiş hesabat seçki Konfransından sonra, «Xəzər-Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. «Ay-yaşıllar»ın rəsmisi qeyd edib ki, Peşəkar Futbol Liqasından təklif edilən namizədlərin heç də hamısı İcraiyyə Komitəsi üzvlüyünə layiq deyildi:

«Siz özünüz də yaxşı bilirsiniz ki, kimləri nəzərdə tuturam. Vəziyyət aydındır. Yəni, Hafiz Məmmədovla Rauf Əliyevdən başqa, digər 2 namizədin İcraiyyə Komitəsində yeri yox idi. Əlbəttə, bəzi komitə sədrləri də onun kimi. Bir sözlə, qurumlar öz qərarları üzərində işləməlidirlər, çalışmalıdırlar».

Qeyd edək ki, Tuyqun Nadirov digər 2 namizəd deyən, futbol veteranları Ələkbər Məməmdovla Kazbek Tuayevi nəzərdə tuturdu.

KAMRAN

Xəbər 1149 dəfə oxundu.