Həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrənin ilk qarşılaşmaları keçirilib
Martın 10-da həndbol üzrə respublika çempionatında ikinci dövrəyə start verilib.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, qadınlar arasında keçirilən qarşılaşmalarda “Nur” komandası “Qarabağ”a 32:22, “Azəryol” klubu “Gənclər Birliyi”nə 36:16 hesabı ilə qalib gəlib.

Kişilər arasında oynanılan maçlarda isə “Təhsil” komandası “RİOEUGİM”dan 30:29, “Məhsul” klubu “Nəsimi”dən (12 saylı İOEUGİM) 37:19 hesabı ilə üstün olub.

Xəbər 919 dəfə oxundu.