Bakı-2017”nin idmançı səfirləri ustad dərsləri keçəcəklər
Martın 13-15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo, güləş və futbol üzrə idmançı səfirlərinin “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar üçün ustad dərsləri təşkil olunacaq.

Layihə çərçivəsində “Bakı-2017”nin idmançı səfirləri tərəfindən üç fərqli ustad dərsi veriləcək. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını bölüşmək, eləcə də tərəfdarlarla görüşünü təşkil etməkdir.

Üç gün davam edəcək tədbirlərdə iştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, gənc idmançılar və azarkeşlər iştirak edəcəklər.

Cüdo üzrə ustad dərsləri martın 13-də idmançı səfirlər Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Hacı Əliyev güləş, martın 15-də isə Ruslan Abışov futbol üzrə ustad dərsi keçəcək.

Xəbər 765 dəfə oxundu.