İdman rəqsləri üzrə Bakı çempionatına yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “ABU Arena”da idman rəqsləri üzrə Bakı çempionatı keçirilib.

Yarışda “Olimp”, “Şirdaş”, “Azəri İnciləri”, “Çinar”, “İmpuls” və “Rovesnik” idman klublarını təmsil edən 28 idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarışda yeniyetmələr arasında standart Avropa və Latın Amerika proqramı üzrə Rüstəm Hacıyev və Ayan Mirzəyeva, böyüklərin mübarizəsində Aleksandr Nikitin və Darina Podzverdova birinci olublar.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 2229 dəfə oxundu.