İdmançı səfirlər Grassroots proqramı çərçivəsində master klas nümayiş edəcəklər
Mart ayının 13, 14 və 15-də cüdo, güləş və futbol üzrə Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə Master Klaslar verəcəklər.

Master Klas “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Layihənin əsas konsepti Bakı 2017 idmançı səfirləri tərəfindən verilən üç fərqli Master Klaslardan ibarətdir. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını pərəstişkarları və bu idman növləri üzrə gələcək idmançılarla bölüşmək və eləcə də İdmançı səfirləri öz pərəstişkarları ilə görüşdürməkdir.

Üç gün davam edəcək Master Klasslarda iştirakçılar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi facebook səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.

Cüdo üzrə Master Klas martın 13-ü cüdo üzrə fəxrlərimiz və İdmançı səfrilər Rüstəm Orucov və Elmar Qasımov tərəfindən, Güləş üzrə master klas martın 14-ü çempion və İdmançı Səfir Hacı Əliyev tərəfindən keçiriləcək. Futbol üzrə Master Klas isə martın 15-i İkiqat Azərbaycan çempionu və milli yığmanın futbolçusu, eyni zamanda Bakı 2017 İslam Oyunlarının səfiri Ruslan Abışov tərəfindən keçiriləcək.

Master klassların məqsədi İdmançı Səfirlərimiz tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdir.

-SON-

Redaktorlara qeydlər:

Media akkreditasiyası:

IV İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət üçün aşağıdakı linkə daxil olun: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.

Xəbər 1050 dəfə oxundu.