Azərbaycan triatlonçusu reytinq cədvəlində 1 pillə irəliləyib
Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, R.Pevtsov 3196,01 xalla 16-cı pillədədir.

Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.


Xəbər 1238 dəfə oxundu.