“Qəbələ”nin zədəliləri sıraya dönür
Unibank Premyer Liqasının 23-cü turunda, final mərhələsinin ilk matçında, “Qəbələ” doğma meydançada hazırda turnir cədvəlinə liderlik edən “Neftçi” klubunu qəbul edəcək. İdman.com.az saytının məlumatına görə, bu qarşılaşmaya “qara-qırmızılar” gündəlik iki məşqlə hazırlaşırlar.

Bu arada “Rəvan”la oyunda çiynindən zədələnən Viktor Mendi zədəsini sağaldaraq məşqlərə qatılıb. Onun “Neftçi” ilə görüşdə meydana çıxması gözlənilir. “Kəpəz”lə qarşılaşmada zədələnən Tərzin Cahangirov isə paytaxt təmsilçisinə qarşı forma geyinə bilməyəcək.

Zədəsini bərpa edən, millimizin müdafiəçisi Vurğun Hüseynov və Rövşən Əmiraslanovun isə bu həftə oyun formalarını yığmaq məqsədi ilə əvəzedicilərin heyətində - “Kəpəz” – “Qəbələ” matçında mübarizə aparması gözlənilir.

Xəbər 1019 dəfə oxundu.