UNEC tələbələri şahmat üzrə yarışda qalib gəliblər
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika universiadası keçirilir.

Universiada mart-aprel aylarını əhatə edəcək.

Universiadaya 11 idman növü – dama, şahmat, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, voleybol, stolüstü tennis, basketbol, badminton, veloidman və atletika daxildir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) şahmat–dama klubunda təşkil olunan şahmat üzrə yarışda UNEC-in tələbələrindən ibarət komanda 15 ali təhsil müəssisəsi arasında birinci yerə layiq görülüb.

AZƏRTAC

Xəbər 792 dəfə oxundu.