Bu gün Qətər və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək
Bu gün Doha şəhərindəki “Al Sadd” stadionunda futbol üzrə Qətər və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Ferenc Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saud Al Athba (Qətər) yerinə yetirəcək.

Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Xəbər 545 dəfə oxundu.