Misrəddin İsgəndərov şahmat üzrə Azərbaycan çempionatında liderlik edir
Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilir. Çempionatda 24 şahmatçı, o cümlədən dörd qrossmeyster iştirak edir.

İki turdan sonra 2 xal toplamış beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov çempionatda liderlik edir. Səkkiz şahmatçı - qrossmeysterlər Vüqar Rəsulov, Nicat Abbasov, Urfan Sevdimalıyev, beynəlxalq dərəcəli usta Nicat Ağayev, ustalığa namizəd Aydın Süleymanlı, habelə Fariz Əhmədov, Təbriz İdrisov və Zaur Bayramov ondan 0,5 xal geri qalır. Yeddi şahmatçının aktivində 1 xal var.

İsveçrə sistemi üzrə keçən yarış 9 turdan ibarətdir.

Xəbər 710 dəfə oxundu.