Sona Əhmədli: «Gərək meydanda axıradək mübarizə aparasan»
«Əsas, güləş meydanında sonadək mübarizə aparmaqdır. Amma tək bunu bilmək kifayət deyil. Gərək ona əməl edəsən. Təəssüf ki, mən buna riayət etmədim». Bu açıqlamanı idman.com.az saytına qadınlardan ibarət milli komandamızın aparıcı idmançısı Sona Əhmədli deyib. Serbiya paytaxtı Belqradda keçirilən Avropa çempionatında 59 kq çəkidə 3-cü yer tutmuş xanım güləşçinin sözünə görə, qitənin ən güclülərinin yarışında gərginlik bəzi çəkilərdə olub:

«Olimpiada mərhələsi olduğundan, aparıcı güləşçilərin çoxu bu Avropa çempionatında iştirak etmədilər. Amma bəziləri vardı ki, olimpiada qabağı belə, liderliyini əldən vermək istəmirdilər. Çıxış etdiyim çəkidə 55 kq-dan gələn titullu idmançılar vardı. Onlar çəki salmamaq üçün 59 kq-da qüvvələrini sınayırdılar. Lakin uduzmağımın buna heç bir aidiyyatı yoxdur. Nə vaxt özumə qalib gəlsəm, o zaman rəqiblərimi üstələyə bilərəm».

KAMRAN

Xəbər 2140 dəfə oxundu.