AFFA-nın baş katibi Monteneqro Futbol Assosiasiyasının prezidenti ilə görüşüb
AFFA-nın baş katibi Elxan Məmmədov martın 7-də Londonda Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviç ilə görüşüb.

Görüşdə AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını Deyan Saviçeviçə təqdim edib.

Xəbər 676 dəfə oxundu.