Azərbaycan çempionatında 24 şahmatçı mübarizə aparacaq
Bu gün Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başlayır. Yarışda 24 şahmatçı, o cümlədən dörd qrossmeyster iştirak edir.

Yarış cədvəlində qrossmeysterlər sırasında Nicat Abbasov, Vüqar Rəsulov, Sərxan Quliyev və Urfan Sevdimalıyevin adları yer alıb.

Doqquz turdan ibarət yarışlar İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 669 dəfə oxundu.