Mirtaleh Aslanov qol güləşi üzrə “Arnold Challenge” turnirində gümüş medal qazanıb
Azərbaycanlı qol güləşçisi, Avropa çempionu Mirtaleh Aslanov ABŞ-ın Ohayo ştatının paytaxtı Kolumbus şəhərində keçirilən “Arnold Challenge” turnirində gümüş medal qazanıb.

Azərbaycan Qol Güləşi Federasiyasından bildiriblər ki, turnirdə uğurla çıxış edən Mirtaleh Aslanov finala qədər inamla irəliləyib. Təmsilçimiz yalnız finalda Maykl Todda uduzaraq gümüş medalla kifayətlənməli olub.

Xəbər 3023 dəfə oxundu.