Qazaxda tanınmış idmançılar yetirən güləş məktəbi əsaslı təmir olunub
Qazaxda tanınmış idmançılar yetirən güləş məktəbi əsaslı təmir olunub.

Məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək, idmana və idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.

Bildirilib ki, Qazax rayonu idman sahəsində həmişə öz güləşçiləri ilə tanınıb. Hələ sovet dönəmində Kamal və Sarı Əhmədov qardaşları, Ramiz Tağıyev, Firdovsi Umudov və onlarla belə adlı-sanlı güləşçilər nəinki respublikamızda, eləcə də Avropa və dünya çempionatlarında böyük qələbələr qazanıblar.

Qeyd olunub ki, saysız-hesabsız tanınmış güləşçilər yetirməsinə baxmayaraq, rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər Məktəbinin Məhəmmədəli Qazaxlı adına güləş məktəbi təmir olunmadığı üçün son illər yarasız hala düşmüşdü. Rayon rəhbərliyinin göstərişindən sonra əsaslı şəkildə təmir olunan güləş məktəbi yenidən idmançıların istifadəsinə verilib.

Sonda veteran idmançılara fəxri fərmanlar verilib.


Xəbər 664 dəfə oxundu.