Muay-tay üzrə IX Azərbaycan çempionatı keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə muay-tay üzrə IX Azərbaycan çempionatı keçirilib.

Yarışın açılış mərasimində Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənov, vitsa-prezident Tural Bayramov çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Çempionatda 229 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb.

Ölkə birinciliyinin əsas məqsədi idmançıların ustalıq dərəcəsini artırmaq və mayda Belarusda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək komandanın tərkibini formalaşdırmaqdır.

Xəbər 1527 dəfə oxundu.