Azərbaycan karateçiləri 30-cu beynəlxalq Bosfor turnirində 19 medal qazanıblar
Azərbaycan karateçiləri İstanbulda keçirilən 30-cu beynəlxalq Bosfor turnirində medal qazanıblar.

6 qızıl, 3 gümüş və 10 bürünc medala sahib olan idmançılarımız 25 ölkə arasında medal cədvəlində ikinci yeri tutublar.

İdmançılarımızdan Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (84 kq-dan çox) və Rövşən Əliyev kata yarışında qızıl medal qazanıblar. Kata yarışında Tural Ağalarzadə (67 kq), Şahin Atamov (84 kq-dan çox) və İsmayıl Quliyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərid Səfərov (11 yaş, 35 kq), Hüseyn Məmmədli (13 yaş, -55 kq), Həsən Əliyev (16-17 yaş, 55 kq), Samir Məmmədov (75 kq), Orxan Heydərli (84 kq-dan çox), Tural Balcanlı (kata), Nuranə Əliyeva (50 kq), Fəridə Abiyeva (61 kq), həmçinin komanda yarışlarında İlahə Qasımova, Fəridə Abiyeva və Nuranə Əliyevadan ibarət kumiteçilər, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kataçılar bürünc mükafatlarla kifayətlənməli olublar.

Müxtəlif yaş qrupları üzrə keçirilən ənənəvi turnirdə 1502 idmançı iştirak edib. Turnirin açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü, yarışa fəxri qonaq kimi dəvət olunan Yaşar

Bəşirova Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirən əsas milli komandamızın martın sonunda Dubayda nüfuzlu Karate-1 Premyer Liqa turnirinə qatılması nəzərdə tutulub.

Xəbər 689 dəfə oxundu.