Gənc sərbəst güləşçilərimiz Yakutskdan 1 gümüş və 1 bürünc medalla qayıdırlar
Saxa Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçirilib.

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan gənc güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) gümüş medalla kifayətlənib. Turnirdə 74 kiloqram çəki dərəcəsində yarışan Abubakr Abakarov isə turnirin bürünc medalına sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.

Xəbər 566 dəfə oxundu.