Azərbaycan millisi Dubayda növbəti qələbəsini qazanıb
Dubayda təlim-məşq toplanışında olan qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

Qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu Sevinc Cəfərzadə vurub.

Komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı – 3:2.

Xəbər 775 dəfə oxundu.