Azərbaycanda idmana, idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Bu sözləri martın 5-də jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Ölkəmizdə idman siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən nazir müavini hazırda bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Bildirib ki, Bədən Tərbiyəsi və İdman Günü Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis olunub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Xəbər 754 dəfə oxundu.