İngiltərə Premyer Liqasında bir sıra maraqlı nəticələr qeydə alınıb
İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində martın 4-də bir sıra maraqlı qarşılaşmalar keçirilib.

Günün ən maraqlı qarşılaşmasında “Liverpul” və “Arsenal” klubları üz-üzə gəliblər. Oyun “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted” isə öz meydanında “Bornmut” klubunu məğlub edə bilməyib – 1:1. Son çempion “Lester” doğma azarkeşləri qarşısında “Hall Siti” 3:1 hesabı ilə məğlub edib.

Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

“Stok Siti” – “Midlsbro” - 2:0

“Suonsi” – “Bernli” - 3:2

“Uotford” – “Sautqempton” - 3:4

“Vest Bromviç” – “Kristal Pelas” - 0:2

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla “Çelsi” liderlik edir.

Xəbər 566 dəfə oxundu.