AFFA-nın vitse-prezidentləri müəyyənləşdi
AFFA-nın vitse-prezidentləri müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, yenidən assosiasiya prezidenti seçilmiş Rövnəq Abdullayev müavinləri kimi, Rauf Əliyevlə Elşad Nəsirovu təsdiqlənib.

İlk etimad göstərilən idman adamı I vitse-prezident, Nəsirov vitse-prezident oldu. Onların hər ikisi İcraiyyə Komitəsində yenidən üzv seçiliblər. AFFA-nın baş katibi Elxan Məmmədov isə 2007-ci ilin iyulundan yer aldığı postunda fəaliyyətini davam etdirəcək. İşi yüksək qiymətləndirilən Məmmədov, prezident tərəfindən yenidən etimad qazanıb.

Qeyd edək ki, Əliyevlə Nəsirov 2003-cü ilin dekabrın sonunda Ramiz Mirzəyev AFFA-nın prezidenti seçilən vaxtdan vitse-prezidentdirlər. Onlar Abdullayev 2008-ci ilin martın 14-də AFFA-nın prezident seçiləndə vəzifələrində qalmışdılar. Nəsirov Mirzəyev 2007-ci ilin oktyabrın sonunda vəfat edəndən sonra növbədənkənar seçkilərə qədər prezident səlahiyyətlərini icra etmişdi.

Xəbər 919 dəfə oxundu.