Azərbaycan çempionatı başa çatıb
Martın 2-3-də Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar, həmçinin ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda ölkənin regionlarından gələn 150-yə yaxın atlet medallar uğrundan mübarizə aparıb. Qadınlar və ustadlar Sinkleyr cədvəli ilə mütləq, kişilər isə 8 çəki dərəcəsində klassik qaydada qalibləri müəyyən ediblər.

İdmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədilə təşkil olunan çempionat maraqlı mübarizə şəraitində keçib, gözlənilən nəticələr əldə edilib.

Aşağıda bütün qaliblərin siyahsı ilə tanış ola bilərsiniz:

Qadınlar aras;nda birinci yerə Elnarə Abbasova, ikinciyə Səbinə Əzimova, üçüncüyə Firuzə İbrahimova sahib olublar. 56 kiloqram kişilər arasında birinciliyə Ruslan Rzazadə, ikinciliyə Emin Mirzəyev, üçüncülüyə Rüstəm Qasımov layiq görülüblər. 62 kq Allahyar Abışov ilk pilləyə , Rauf Nəbiyev ikinci , Elmar Alıyev üçüncüyə sahib çıxıblar. Bundan başqa 69 kq çəki dərəcəsində mübarizə İsa Rüstəmov, Sənan Quliyev, Məhəmməd Məmmədli; 77 kq-da Əfqan Bayramov, Kənan Əliquliyev, Orxan Zeynalov; 85 kq-da Ceyhun Tağızadə, Kamran İsmayılov, Sənan Mirzəyev; 94 kq-da Nailxan Nəbiyev, Rövşən Fətullayev, Hüseyn İsmayılov; 105 kq-da Əziz Nurməmmədov, Xəlil Gəraylı, Ümidvar Bayramlı; +105 kq Azər Məmmədli, Rolan Piriyev, Vasif Səfərov; Ustadlar (veteranlar) arasında isə Vladimir Jilyayev, Namiq Cəmilov, Akif Alıyev müvafiq olaraq birinic , ikinci, üçüncü yerlərə sahib olublar.

Xəbər 2121 dəfə oxundu.