Nailxan Nəbiyev Azərbaycan çempionatının qalibidir!
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.

İkinci yarış günündə növbəti – 94 kq çəki dərəcəsində də tamaşaçılar maraqlı mübarizəyə şahid olublar. Yenə 1 kq fərq həlledici olub.

Qızıl medal Nailxan Nəbiyevə qismət olub. O, toplam 362 kq (161+201) nəticə ilə rəqiblərinin üstələyəib və çempion adına layiq görülüb.

Ondan cəmi 1 kq az – toplam 361 kq (161+200) nəticə göstərən Rövşən Fətullayev gümüş medal qazanıb. Bürünc medal 330 kq (150+180) nəticə göstərən Hüseyn İsmayılova qismət olub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 1465 dəfə oxundu.