Güləşçilərimiz Kiyevdə beynəlxalq turnirdə güclərini sınayırlar
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir keçirilir.

Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edirlər.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 97, qadın güləşi üzrə 48, 55, 60, 69 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparırlar.

İlk yarış günündə xalça üzərinə Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hər ikisi 57 kq), Gitinomaqomed Hacıyev, Məhəmməd Müslümov, Teymur Məmmədov (hər üçü 65 kq), Türkan Nəsirova (48 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) çıxıblar.

Xəbər 805 dəfə oxundu.