«Bakı» klubunun prezidenti: Aleksandr Starkov vəzifəsində qalacaq
««Bakı» klubunun rəhbərliyi latviyalı baş məşqçi Aleksandr Starkovla yollarını ayırmaq barədə fikirləşmir». Bunu idman.com.az saytına açıqlamasında komandanın prezidenti Hafiz Məmmədov deyib. Bu gün yenidən AFFA-nın İcraiyyə Komitəsinə üzv seçilən klub rəhbəri, «Bakı»nın uğursuz çıxışının baş məşqçi dəyişikliyinə səbəb olmayacağını bildirib:

«Ara-sıra məğlubiyyətlər olur. Amma bu o demək deyil ki, komandada vəziyyət pisdir. Mövsümün sonunadək baş məşqçi postunda hər hansı dəyişikliyik baş verməyəcək. Starkov öz işini peşəkarcasına görür. O, alicənab insandır. Getmək lazım olacağı halda, buna özü qərar verəcək».

Xəbər 942 dəfə oxundu.