İsa Rüstəmov qızıl medal qazanıb
Martın 3-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriləcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.

Artıq ilk yarış gününə yekun vurulub. Körpücük üzərinə son olaraq 69 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb.

Qızıl medalı toplam 275 kq (125+150) nəticə göstərən goranboylu atlet İsa Rüstəmov qazanıb.

Gümüş toplam 266 kq (116+150) samuxlu Sənan Quliyevə, bürünc isə toplam 260 kq (115+145) ismayıllılı Məhəmməd Məmmədliyə qismət olub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 906 dəfə oxundu.