5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş peyntbol turniri keçiriləcək
5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür.
Bu münasibətlə, Azərbaycanın tanınmış insanları arasında, Hərbi Vətənpərvərlik ruhlu Peyntboll yarışması keçriləcək.

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub...

Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi...
Prezident İlham Əliyevin və Azərbaycan Respublikası Prezidentinin I vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana və idmanıçılara göstərdiyi diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirlir.

Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yükcəklərə qaldırırlar.

Hər il ölkəmizdə respublika səviyyəli idman tədbirləri keçirilir. Belə tədbirlərdən biri də 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə, Gənclər və İdman Nazirliyi nümayəndələri, idmançılar, kütləvi informasiya vasitələri və tanınmış estrada ulduzları arasında təşkil etdilən “Peyntboll” yarışı keçiriləcək.

Qeyd etmək istərdik ki, bu Hərbi Vətənpərvərlik ruhlu idman oyunundur. Turnir Azərbaycanın peyntbol tarixində bu formatda təşkil olunacaq ilk turnirdir.

Xəbər 1311 dəfə oxundu.