Qadın voleybolçular arasında İtaliya A seriyasında 1 oyun keçirilib
Qadın voleybolçular arasında İtaliya A seriyasında 1 oyun keçirilib.

VI turdan təxirə salınan qarşılaşmada Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Kasalmaqqiore”ni qəbul edib.

Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” turnir cədvəlində 2-ci olan rəqibini tay-brekdə üstələyib – 3:2 (25:18, 9:25, 25:16, 16:25, 15:13).

Bayramova oyunda 14 dəqiq zərbə ilə fərqlənib.

Bu qələbədən sonra “Firenze” turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Onlar ən azı bu yeri qoruyacaqları halda pley-offda oynamaq hüququ qazanacaqlar.

Xəbər 586 dəfə oxundu.