Rzazadə Ruslan kişilərin yarışında ilk qızılı qazandı
2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.

Bu gün kişilərdən ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər körpücük üzərinə çıxıblar. Qızıl medala toplam 225 kq (98+117) nəticə göstərən Ruslan Rzazadə sahib çıxıbı. Lənkəranlı atlet rəqiblərini xeyli qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Gümüş medalı toplam 209 kq (99+110) nəticə göstərən lerikli Emin Mirzəyev, bürüncü isə toplam 195 kq (88+107) nəticə ilə lənkəranlı atlet Rüstəm Qasımov boynundan asıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 1217 dəfə oxundu.