Azərbaycanlı şahmatçılar Moskvada blits-turnirdə mübarizə aparırlar
Bu gün “Kosmos” mehmanxanasında “Region” şirkətlər qrupunun “Aeroflot-2017” proqramına daxil olan ənənəvi blits-turnir keçirilir.

Yarış cədvəlində rusiyalı şahmatçı Sergey Karyagin birinci sıradadır. Yarışda Azərbaycanı qrossmeyster Rauf Məmmədov, beynəlxalq ustalar Gülnar Məmmədova və Nərmin Xələfova təmsil edirlər.

Turnirdə 198 şahmatçı, o cümlədən 93 qrossmeyster iştirak edir.

“Region” şirkətlər qrupunun kuboku uğrunda blits-turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 622 dəfə oxundu.