Azərbaycan Cüdo Federasiyasının mütəxəssisləri Naxçıvanda
Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi müəllimləri qatılıblar.

Federasiyanın baş katibinin müavini Sahib İsmayılov, “Regionlarda cüdonun inkişafı” sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların təlim-məşq prosesi metodikasından danışıblar. Məşqçilәrin yeniyetmә cüdoçularla iş prosesində sadə hərəkətlərdən mürəkkəb hərəkətlərə necə keçmək lazım olduğu izah edilib. Məşqçiləri maraqlandıran suallar cavablandırılıb.

Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.

Artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsidir.

Xəbər 662 dəfə oxundu.