İsveçrədə avrokubokların final oyunu üçün sifariş kitabı ilə bağlı iclas keçirilib
Martın 1-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, qadınlar arasında Çempionlar Liqasının final oyununa və UEFA Super Kuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı iclas keçirilib.

İclasda AFFA-nı baş katibin müavini Sərxan Hacıyev, infrastruktur üzrə direktor Kamran Vəliyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehdiyeva, hüquqi məsələlər üzrə mütəxəssis Günay Zamanlı, marketinq və reklamlar departamentinin mütəxəssisi Nigar Qasımova təmsil ediblər.

Qeyd edək ki, Azərbaycan UEFA Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürüb. Həmçinin İspaniya Çempionlar Liqasının, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə Avropa Liqasının, Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya qadınlararası Çempionlar Liqasının, Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya və Türkiyə isə Super Kubokun finalına ev sahibliyi üçün namizədliklərini irəli sürüblər.

Xəbər 615 dəfə oxundu.