Karate üzrə VIII “Baku Open” turnirinə hazırlıqlar başa çatmaq üzrədir
Karate üzrə VIII “Baku Open” beynəlxalq karate turnirinə hazırlıq prosesi başa çatmaq üzrədir.

Ənənəvi yarış martın 11-12-də Bakı İdman Sarayında keçiriləcək.

Beynəlxalq turnirdə bir neçə ölkədən idmançıların iştirakı gözlənilir. Yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandaların heyəti bir daha sınaqdan keçiriləcək. Nəticələr əsasında formalaşdırılacaq yeni heyət qarşıdakı yarışlarda gücünü sınayacaq.

Xəbər 830 dəfə oxundu.