«Baş arena sentyabrda istifadəyə veriləcək»
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin açılış matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev hesabat-seçki Konfransında deyib. O, mərkəzi arenada yenidənqurma işlərinin davam etdiyini bildirməklə yanaşı, ölkəmizdə yeni tikilən stadionlar haqda da fikirlərini söyləyib:

«Son 8 ildə regionlarda 76 stadionun tikilib. Ötən il «Dalğa Arena» istifadəyə verildi. Daha 3 stadionun tikintisi isə davam edir. 65 minlik olimpiya stadionu ilə yanaşı, tikintisi davam edən 8 km qəsəbəsində 12 minlik və 20-ci sahə ərazisində 5 minlik meydançalar may ayında təhvil veriləcək. Ölkənin baş arenasının yenidən qurulması isə sentyabrda başa çatacaq. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionunda 17 yaşadək qızların dünya çempionatının final mərhələsinin açılışı yüksək səviyyədə keçiriləcək».
Qeyd edək ki, dünya çempionatı sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.

Xəbər 1197 dəfə oxundu.