Atletlərimiz 2-ci Beynəlxalq Fəcr Kubokunda iştirak edəcəklər
9-14 mart tarixlərində İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyəti artıq məlumdur. Siyahı ilə aşağıda tanış ola bilərsiniz:

Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq).

Xəbər 996 dəfə oxundu.