Tələbələr arasında XIII Respublika universiadası keçiriləcək
Mart-aprel aylarında “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika universiadası keçiriləcək.

Təqvim planına 11 idman növü - dama, şahmat, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, voleybol, stolüstü tennis, basketbol, badminton, veloidman və atletika daxildir.

Universiada Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə razılaşdırılmış təqvim planına müvafiq olaraq təşkil olunacaq.

Xəbər 522 dəfə oxundu.