AFFA-nın əməkdaşları Tbilisidə beynəlxalq tədbirə qatılıblar
Tbilisidə “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində “Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” adlı tədbir keçirilir.

Tədbirdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, Marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və Grassroots koordinatoru Cahangir Həsənzadə iştirak edirlər.

Elxan Məmmədov AFFA-nın “GROW-2020” İnkişaf Proqramını təqdim edib və Şərqi Avropa ölkələrinin kütləvi futbolda üzləşdiyi əsas problemlər haqqında danışıb. Tədbirdə Elxan Məmmədovla yanaşı, UEFA İcraiyyə Komitəsinə İsveç və İrlandiyadan olan namizədlər də iştirak edirlər.

UEFA-nın “UEFA GROW” əməkdaşlıq proqramı ilk dəfə 2 il əvvəl Azərbaycanda tətbiq edilməyə başlayıb.

Xəbər 545 dəfə oxundu.