Naxçıvanda sürətli qaçış üzrə daxili birinciliyin qalibləri müəyyənləşib
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman növləri Federasiyasının idman klubları və komandalarının iştirakı ilə sürətli qaçış üzrə daxili birincilik təşkil olunub.

Muxtar respublikada hava və ekstremal idman növlərinin tanıdılması və inkişaf etdirilməsi məqsədi daşıyan birincilikdə 1 idman klubu və 3 komandanın tərkibində 40 idmançı 3 yaş qrupunda yarışıb. Havanın soyuq olmasına baxmayaraq, yeniyetmə və gənclər əzmkar mübarizə aparıblar.

Yarışın yekununda “İlandağ” idman klubunun idmançısı Kənan Zamanlı birinci yerə layiq görülüb. “Dərələyəz” komandasının idmançılarından Sənan İmanquliyev 2-ci, Musa Əhmədov isə 3-cü yerin sahibi olub.

Sonda ilk üç pilləni tutan idmançılara federasiyanın fəxri fərmanları təqdim edilib.

Yarışın sonunda Hava və Ekstremal İdman növləri Federasiyasının kollektivi və idmançılar Dövlət Bayraq Muzeyində olublar. Onlara Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, süvari dəstələrinə verilən bayraqlar, qədim pul nişanlarının fotoşəkilləri haqqında ətraflı məlumat verilib.

Xəbər 650 dəfə oxundu.