“Neftçi İdman Klubu”nun boksçuları ölkə birinciliyində 5 medal qazanıblar
Gənclər arasında boks üzrə respublika birinciliyi başa çatıb. Azərbaycan Boks Mərkəzində keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 160 dəri əlcək ustası qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun boksçuları ölkə birinciliyinin 5 medalını (1 qızıl, 1 gümüş, 3 bürünc) qazanıblar və komanda hesabında 3-cü yerə çıxıblar.

Klubun yetirmələrindən 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Əflatun Babayev bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final qarşılaşmasında məğlub olan Orxan Həsənov (56 kq) gümüş medalla kifayətlənib.

Mirmehdi Mehdizadə (49 kq), Amil İlyasov (52 kq) və Rəcəb Niftəliyev (81 kq) isə yarışdan bürünc medalla ayrılıblar.

Xəbər 726 dəfə oxundu.