"Ulduzların oyunu"nda iştirak etməyə namizədlərin siyahısı açıqlanıb
Ukraynada kişi basketbolçular arasında təşkil olunan “Ulduzların oyunu”nda iştirak etməyə namizədlərin siyahısı açıqlanıb.

Ukrayna Basketbol Federasiyası martın 12-də baş tutacaq Cənub-Qərb – Şimal-Şərq matçında çıxış edəcək oyunçuları səsvermə ilə müəyyənləşdirəcək.

Qurumun rəsmi saytı hər mövqedə 5 namizəd seçib. Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev də ən yaxşılar sırasındadı. O, mərkəz oyunçusu kimi “Ulduzların oyunu”nda oynamaq imkanına malikdi. “Kremen”də çıxış edən təmsilçimiz Şimal-Şərq yığmasına namizəddi. Demək olar ki, hər tur rəmzi yığmaya düşən Amil bununla da namizədlər sırasında yer qazanıb.

Bir həftə davam edəcək internet səsvermədə hər mövqedə bir oyunçu” beşlik” təşkil edəcək. Federasiyanın rəsmi saytına daxil olan istənilən şəxs qeydiyyatdan keçib, hər mövqedə öz seçimini edə bilər.

İkinci “beşliy”i isə Superliqada çıxış edən basketbolçular arasında səsvermə müəyyənləşdirəcək. Matçda komandaları tamamlayacaq son iki basketbolçunun seçimi isə baş məşqçilərin ixtiyarında olacaq.

Qeyd edək ki, martın 12-dəki matç Dnepropetrovskda təşkil oluanacaq.

Xəbər 1672 dəfə oxundu.