Voleybolçularımız Çempionlar Liqası yarışının sonuncu oyununu keçiriləcək
Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində İtaliyanın “Konegliano” komandasını qəbul edəcək. Görüşün baş hakimi ispaniyalı Mario Bernaola olacaq. Ona serbiyalı həmkarı Mirko Yankoviç kömək edəcək.

“Telekom” qrup mərhələsində keçirdiyi bütün görüşlərdən məğlub ayrılıb.


Xəbər 600 dəfə oxundu.